BDU-da yaranan izdihamın səbəbi bu imiş – Universitetdən AÇIQLAMA 

BDU-da yaranan izdihamın səbəbi bu imiş – Universitetdən AÇIQLAMA 

Hazırda oxunan: BDU-da yaranan izdihamın səbəbi bu imiş – Universitetdən AÇIQLAMA 

39273

Bakı Dövlət Universiteti əyani tədrisin bərpa olunması ilə yaşı 18-dən yuxarı olan tələbələrin koronavirus pasportlarının yoxlanılması səbəbindən təhsil müəssisəsinin qarşısında yaranan izdiham yaranması barədə xəbər vermişdik. 

Bizim.Media xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva izdihamın səbəbini açıqlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Dövlət Universitetinin girişi – ŞOK MƏNZƏRƏ - VİDEO


O bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub.  

“Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi demək olar ki mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”, - deyə universitet rəsmisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO