Putinin gözəl tərcüməçisi ABŞ-da səs-küy yaradıb? - DETALLAR

Putinin gözəl tərcüməçisi ABŞ-da səs-küy yaradıb? - DETALLAR

Hazırda oxunan: Putinin gözəl tərcüməçisi ABŞ-da səs-küy yaradıb? - DETALLAR

39255

Tramp administrasiyasından yüksək vəzifəli bir şəxs xatirələrində yazır ki, Rusiya prezidenti Vladimir Putin Amerika prezidentinin diqqətini yayındırmaq üçün qəsdən gözəl bir tərcüməçini Ağ Evin başçısı Donald Trampla görüşə aparıb.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən danışıqlar 2019-cu ildə Yaponiyada baş tutub.

ABŞ-ın keçmiş prezidentinin mətbuat katibinin qalmaqallı açıqlamasına ilk şərh edən rusiyalı həmkarı olub.
 

Putinin mətbuat katibi Dmitri Peskov "Rusiya prezidenti ilə danışıqlar üçün tərcüməçilərin seçimi Rusiya Xarici İşlər Nazirliyi tərəfindən aparılır, dövlət başçısının özü bu prosesə qarışmır" deyib.


Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi keçmiş amerikalı məmurun ifşalarını şərh edib.

Rusiya Xarici İşlər Nazirliyindəki mənbə Gazeta.ru-ya bildirib ki, Amerika nümayəndə heyətinin Trampla danışıqlar zamanı Rusiya prezidentinin tərcüməçisinin görünüşünə diqqəti, iştirakçıların nə düşündüyünü göstərir:

"Onları ABŞ-da feminizm və gender mövzusunda onilliklər ərzində aparılan təcrübələri nəzərə alaraq başa düşmək olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO