Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK/KQB) əməkdaşı xüsusi əməliyyat zamanı öldürülüb.
Bizim.Media "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə qurum öz saytında məlumat verib.
Bildirilib ki, təhlükəsizlik qüvvələri terror fəaliyyətinə aid şəxslərin ola biləcəyi ünvanları işləyib hazırlayıblar.
"Yaşayış binasındakı mənzillərin birində xüsusi təhlükəli cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahdan atəş açdı. Nəticədə Dövlət Təhlükəsizlik Komitəsinin zabiti ölümcül yaralandı və həyatını itirdi", - DTK-nın məlumatında deyilir.
Qeyd edilib ki, şübhəli cavab atəşi ilə məhv edilib.
Belarus İstintaq Komitəsi "xidməti fəaliyyətini həyata keçirən şəxsin qəsdən öldürülməsi" maddəsi ilə cinayət işi açıb.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
22:56 / 28.09.2021
KQB zabiti xüsusi əməliyyat zamanı ÖLDÜRÜLDÜ - VİDEO
Hazırda oxunan: KQB zabiti xüsusi əməliyyat zamanı ÖLDÜRÜLDÜ - VİDEO
Hazırda oxunan: KQB zabiti xüsusi əməliyyat zamanı ÖLDÜRÜLDÜ - VİDEO
39231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.