Bu kafe və restoranlar cərimələndi - SİYAHI    

Bu kafe və restoranlar cərimələndi - SİYAHI    

Hazırda oxunan: Bu kafe və restoranlar cərimələndi - SİYAHI    

0:00
0:00
39191

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 401 ictimai iaşə obyektində 678 monitorinq keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb. 

Nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 

1. Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küç., ev 18 ünvanında yerləşən, fiziki şəxs Qasımov Əzizbəy Mirzəbəy oğluna məxsus restoran; 

2. Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr., ev 108 ünvanında yerləşən, hüquqi şəxs Mint MMC-yə məxsus “Köfteci Ramiz” restoranı; 

3. Bakı şəhəri, Nəsimi rayonu, M. Cəfərov küç., ev 28 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Cavid Sadıx oğluna məxsus kafe; 

4. Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən, fiziki şəxs Quliyev Cavid Şəmsəddin oğluna məxsus “Giləvar” restoranı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO