“Je Suis Karl” (Mən Karlam) filmi 2021-ci ildə işıq üzü görən ən qalmaqallı ekran əsərlərindəndir.
Bizim.Media xəbər verir ki, kinonun sujet xətti terror üzərində qurulan siyasi uğurlardan bəhs edir.
Belə ki, alman rejissor Kristian Şvexovun filmində əsasən 3 dildən istifadə olunur. Ssenarisi alman, fransız və ingilis dillərində yazılan kinonun baş qəhrəmanı Maksi adlı qızdır.
Səfərdən ailəsinin yanına qayıdan Maksinin valideynlərini və azyaşlı əkiz qardaşlarının yaşadığı binada terror aktı törədilir. Cinayət nəticəsində çoxsaylı ölənlər olur və yanlız Maksi və atası Aleks sağ qalır. Partlayışa səbəb isə kuryerin binaya gətirdiyi bağlamanı qonşusuna vermək adı ilə Aleksin götürməsidir. Adam bilmədən bombanı öz evinə gətirir. Kuryer isə başı papaqlı və qara saqqalı bir oğlan olur.
MÖVZU İLƏ BAĞLI:
Makronu Hitlərə bənzədən aktivist CƏZALANDI - FOTO
Əslində isə onun saqqalı qoymadır.
Terroru törədənlər Maksinin dərdindən istifadə edərək onu da öz cərəyanlarına qoşurlar. Qızcığaz isə ailəsinin qatili onların olduğunu bilmir.
“Mən Karlam” devizi ilə hərəkət edən psixoloji problemli gənclərin əsas niyyəti Fransada hakimiyyətə daha gənc bir siyasətçini gətirmək və bunun üçün hazırkı hakimiyyəti gözdən salmaqdır. Yəni, onlar seçilmək üçün terror aktları törətməyə də hazırdırlar.
Partlayışları isə elə planlaşdırırlar ki, şübhələr müsəlmanların, yaxud digər irqlərdən olan insanların üzərinə aparır. Bundan dolayı hətta bir səhnədə özləri razılıqla qurban verdikləri əməkdaşlarının qisasını almaq üçün küçədə iğtişaşlar törədir və qaradərililəri, müsəlmanları amansızcasına qətlə yetirirlər.
Bunula da alman rejissor bəzi avropalı siyasətçilərin, yaxud dövlətlərin neonasizm, islamafob təbliğatını tənqid edib. Filmin ssenarisi və sujet xətti isə siyasətdən xəbəri olanlara Makronu işarəd edir:
1. Əvvəla ona görə ki, kinoda siyasi uğur qazanmaq istəyən diplomat fransızdır.
2. Digər tərəfdən ekran əsərinin iki əsas danışıq dilindən biri fransızcadır.
3. Mənfi qəhrəman kimi təqdim olunan neonasist cərəyan gənc namizədi hakimiyyətə gətirmək istəyirlər. Fransanın ən gənc lideri isə Makrondun.
4. Avropada baş verən terror aktlarında müsəlmanları günahlandırmaq da Emanuelin stilidir.
Qərbin dəstəklədiyi bəzi müsəlman terror təşkilatları da məsuliyyəti üzərlərinə götürməklə iblisin çörəyinə yağ sürtmüş olurlar.
Maraqlısı budur ki, terror aktlarına görə həmişə eyni terrorçu qruplaşma məsuliyyəti üzərinə götürmür. Sanki Qərbdən gələn mesajlarla növbələşiblər.
Bu isə supergüclərə Yaxın Şərq və Afrika ölkələrinə ordu yeritmək, sülhməramlı yollamaq şansı yaradır. İslamafob siyasət həm də ərəb ölkələrindən miqrant axınının qarşısını almağa hesablanıb.
P.S. Qərbin gətirdiyi “ərəb bahar”ını ərəblərin elə qərbdə axtarması isə normaldır.
Sözügedən filmin tizerini təqdim edirik:
Anar Rəhimov, Bizim.Media