UEFA 3 məşhur kluba qarşı araşdırmanı DAYANDIRDI 

UEFA 3 məşhur kluba qarşı araşdırmanı DAYANDIRDI 

Hazırda oxunan: UEFA 3 məşhur kluba qarşı araşdırmanı DAYANDIRDI 

39072

UEFA-nın İspaniyanın "Barselona", "Real Madrid" və İtaliyanın "Yuventus" klublarına qarşı Avropa Super Liqasının təşkili ilə əlaqədar başlatdığı araşdırmalar dayandırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, qanunvericilik bazasının pozulmasına görə, 3 kluba qarşı aparılmış intizam icraatı nəticə vermədən ləğv edilib. 

Qeyd edək ki, "Real Madrid", "Barselona" və "Yuventusla yanaşı, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da turnirdə iştirakını təsdiqləyib. Lakin daha sonra 9 klub layihədən imtina etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO