27 SENTYABR - Zəfər yoluna ÇIXDIĞIMIZ GÜN - VİDEO

27 SENTYABR - Zəfər yoluna ÇIXDIĞIMIZ GÜN - VİDEO

Hazırda oxunan: 27 SENTYABR - Zəfər yoluna ÇIXDIĞIMIZ GÜN - VİDEO

38842

Azərbaycan 30 ilə yaxın bir müddətdə davam edən Qarabağ problemini 44 günlük müharibə ilə başa çatdırdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə Azərbaycan Ordusu uzun illər davam edən işğalı qələbə ilə yekunlaşdırdı.

90-cı illərin ağır şərtləri çərçivəsində itirilmiş torpaqların azad edilməsi heç də təsadüfi deyil. Hərbi sahədə aparılan islahatlar xarici siyasətlə vəhdət təşkil etdi.
 

Dövlət başçısı hər il ordu quruculuğuna, hərbiçilərin peşəkarlığının artırılmasına, o cümlədən yeni texnologiyalara əsaslanan hərbi texnikanın həm alınmasına, həm də ölkə daxilində istehsalına mütəmadi olaraq vəsait ayırdı.


Nüfuzlu beynəlxalq təşkilatlarda - BMT-də, Avropa İttifaqında, Avropa Şurasında, AŞPA-da və digər qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğala son qoymasının tələb edən sənədlər qəbul edildi.

Nəhayət, 27 sentyabr 2020-ci il tarixi zəfərə başlanan yol oldu. 44 günlük II Qarabağ müharibəsi isə torpaqlarımızın işğaldan azad olunmasına, qələbəmizə vəsilə oldu. 
 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.


Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.
 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də saat 10:00-da Anım Günü ilə əlaqədar xalqa müraciət edəcək. 


Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək. Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO