Tacir Şahmalıoğlu Şuşada hönkür-hönkür ağladı - VİDEO

Tacir Şahmalıoğlu Şuşada hönkür-hönkür ağladı - VİDEO

Hazırda oxunan: Tacir Şahmalıoğlu Şuşada hönkür-hönkür ağladı - VİDEO

38731

Müğənni Tacir Şahmalıoğlu oğlu Şahmalı və “Space” kanalı ilə birlikdə Şuşaya gedib.

Bizim.Media xəbər verir ki, sənətçi 30 il həsrətində olduğu torpaqlara ayaqlarını basanda kövrəlib.

Yolda düşüb toprağı öpən sənətçi göz yaşlarına hakim ola bilməyib.

Şuşadan videolar paylaşan müğənni hisslərini belə ifadə edib:

“Şuşada arzu etdiyim əhdimə çatdım. Sevincimin həddi-hüdudu yoxdur. Çünki ana ocağımda həmin “Bayatı şiraz”ı oxuduğum daşın üstünə ayaq basdım, öpdüm, bağrıma basdım. 30 ildir bu dəqiqəni gözləyirdim. Şuşa sözünün burada yazılmasını gözləyirdim”.

Bizim.Media

 


 


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO