Hidayət Heydərov qızıl medal qazandı

Hidayət Heydərov qızıl medal qazandı

Hazırda oxunan: Hidayət Heydərov qızıl medal qazandı

38710

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb. 

Bizim.Media xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində finala qədər uğurla irəliləyən idmançımız həlledici mərhələdə moldovalı cüdoçu Viktor Sterpu ilə qarşılaşmanı qalib başa vurub. 

Turnirdəki digər təmsilçimiz Məmmədəli Mehdiyev (90 kq) mübarizəyə sentyabrın 26-da qoşulacaq. Onun ilk görüşdə rəqibi Sebastian Oldak (Polşa) - Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq. 

Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO