Sabah Bakıda yağış yağacaq – PROQNOZ 

Sabah Bakıda yağış yağacaq – PROQNOZ 

Hazırda oxunan: Sabah Bakıda yağış yağacaq – PROQNOZ 

38648

Sentyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-22° isti, Bakıda gecə 16-18° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-60 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimal-şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var.

Səhər dağlarda duman. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 13-17° isti, gündüz 21-25° isti, dağlarda gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO