Türkiyə MN-dən Azərbaycanla bağlı növbəti açıqlama verildi

Türkiyə MN-dən Azərbaycanla bağlı növbəti açıqlama verildi

Hazırda oxunan: Türkiyə MN-dən Azərbaycanla bağlı növbəti açıqlama verildi

3863

Noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında Qarabağda monitorinq üzrə mərkəzin yaradılması haqqında imzalanmış memoranduma uyğun olaraq iki ölkə arasında əlaqələr davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndəsi Pınar Karanın bəyanatında deyilir.

Nazirliyin nümayəndəsi qeyd edib ki, Azərbaycan Ordusu sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı çərçivəsində Cəbrayıl, Fizuli, Zəngilan və Qubadlı rayonlarını, kənd və qəsəbələri, strateji yüksəklikləri azad edib. Noyabrın 10-da nail olunmuş üçtərəfli razılıq çərçivəsində digər 2 rayon Azərbaycana qaytarılıb.

Azərbaycan Ordusu noyabrın 25-dən Kəlbəcəri minalardan təmizləyir. Dekabrın 1-dən işğal altındakı Laçın rayonu da Azərbaycana qaytarılacaq.

Kara vurğulayıb ki, Türkiyə bütün imkanları ilə Azərbaycanı onun haqlı mübarizəsində dəstəkləməyə davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO