“Apple”dən təəccübləndirən addım – Depresiyanı ölçən iPhone...  

“Apple”dən təəccübləndirən addım – Depresiyanı ölçən iPhone...  

Hazırda oxunan: “Apple”dən təəccübləndirən addım – Depresiyanı ölçən iPhone...  

38540

ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti istifadəçilərdəki depresiyanı tanıya biləcək xüsusiyyətlər üzərində işləyir. 

Bizim.Media xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) qəzeti yazıb. 

Şirkətin iPhone istifadəçisi depressiyaya düşəcəyi halda cihazın bunu aşkarlaya biləcəyi texnologiya üzərində işlədiyi bildirilir. 

İPhone güclü biometrik əsaslı depressiya aşkarlama alqoritminə sahib olacaq.  Bura yuxu nümunələri, hərəkətlilik və həmçinin mətni necə yazmağınız aid olacaq. Sözügedən alqoritm, əldə edilən məlumatlar sayəsində istifadəçinin pis əhval-ruhiyyədə olub-olmadığını müəyyən edəcək. 

Həmçinin, iPhone diaqnoz qoymadan əvvəl istifadəçinin üz ifadəsini, danışma modellərini, necə gəzdiyini və necə yatdığını əsas götürəcək. 

Bu analizlərin gizlədiləcəyi və hətta Apple tərəfindən görülə bilməyəcəyi də iddialar arasındadır. 

Bu xüsusiyyətin təsdiqlənib-təsdiqlənməyəcəyi, təsdiqlənəcəyi halda, hansı modeldə reallaşacağı sirr olaraq qalır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO