Azərbaycanda həyatlarını sığortalayanların sayı çoxalır – SƏBƏB NƏDİR? 

Azərbaycanda həyatlarını sığortalayanların sayı çoxalır – SƏBƏB NƏDİR? 

Hazırda oxunan: Azərbaycanda həyatlarını sığortalayanların sayı çoxalır – SƏBƏB NƏDİR? 

38357

Azərbaycanda sığorta bazarı get-gedə böyüməyə davam edir. Xüsusilə də, həyat sığortası sahəsində artım tempinin daha yüksək olduğu nəzərə çarpır. Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası üzrə toplanan məbləğ ötən ilin müvafiq dövrünə nisbətdə 21% daha çox olub.

Lakin ölkəmizdə sığorta sahəsində əhali arasında fikirlər heç də birmənalı deyil.

Bunun əsas səbəblərindən biri isə vətəndaşların sığorta bazarı ilə bağlı yetərli informasiyaya sahib olmamasından irəli gəlir.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən sığorta eksperti İlkin İbrahimov həyat sığortası sahəsindəki artımın davamlı proses olmasından danışıb: 

“Ölkəmizdə ən çox sığorta yığımı və ödənişləri məhz həyat sığortası ilə bağlıdır. Hətta ötən il sığortanın bu növündə ödənişlər yığımlardan daha çox olub. Bu isə vətəndaşların sözgügedən təcrübəyə inamını daha da artırdı. Eyni zamanda həm mətbuatda, həm də statistikada həyat sığortası ilə bağlı problemlərin demək olar ki “0” həddində olduğunu görürük”. 

Ekspert həyat sığortasının könüllü formasının pensiya yığımlarından bir sıra üstün cəhətlərini də sadalayıb:

“İndiki dövrdə, insanlar artıq pensiya fondundan daha çox həyat sığortasına yönəlməyə başlayıblar. Belə ki, pensiya yığımlarından fərqli olaraq, sığorta zamanı yaşa və ya əlilliyə görə pensiyaya çıxmağı gözləməyə ehtiyac yoxdur. Müqavilə bitdikdən sonra həmin vəsait sığorta şirkətləri tərəfindən müştərilərə ödənilir. Eyni zamanda sığorta olunan şəxs müqavilə müddətini daha erkən pozaraq da həmin vəsaitləri geri ala bilər”.

İlkin İbrahimov könüllü həyat sığortasının iki populyarlaşma səbəbini də izah edib:

1. Ödənilən vəsaitin həcminin müştərilər tərəfindən təyin olunması.

2. Digər növlərdən fərqli olaraq həyat sığortasının qayıdan kapital olması.

Qeyd edək ki, həyat sığortasının digər bir üstün cəhəti sığorta olunanın öldüyü təqdirdə, ödənişin mərhumun varisinə ödənilməsidir. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO