Şəhid anası yeganə övladının ili çıxmadan vəfat etdi – FOTO 

Şəhid anası yeganə övladının ili çıxmadan vəfat etdi – FOTO 

Hazırda oxunan: Şəhid anası yeganə övladının ili çıxmadan vəfat etdi – FOTO 

38326

Vətən müharibəsi şəhidinin anası vəfat edib. 

44 günlük Vətən müharibəsi iştirakçısı, maxe Ruslan İmanquliyevin anası Səfərova Ramiyya xanım dünən dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Yeganə övladının şəhidliyinin bir ili tamam olmadan vəfat edən 51 yaşlı ananın ölüm səbəbi məlum deyil. 

Qeyd edək ki, şəhid Ruslan Natiq oğlu 14 mart 1996-ci il tarixində Sumqayıt şəhərində anadan olub. O, müharibə başlamadan 3 ay öncə, 17 iyun 2020-ci il tarixində Fərzəliyeva Elvina Eldar qızı ilə ailə hayatı qurub.
 

Müharibə başlayandan ön cəbhədə vuruşan Ruslan 2020-ci ilin oktyabr ayının 2-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, 3 oktyabrda isə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. 


2015-ci ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılan Ruslan 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dallar qəsəbəsində DSX-nin "N" saylı hərbi hissəsində, Çevik Alay Taborunda xidmət edib. 2019-cu ilin dekabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qayıdıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO