"The Evening Standard" və "The Independent"in sahibi, rusiyalı iş adamı Aleksandr Lebedevin oğlu Yevgeni Lebedev İngilis kraliçasından baronluq titulu alıb.
Bizim.Media xəbər verir ki, indi o, Lordlar Palatasının üzvü olacaq. Kiçik Lebedev, mediada İngiltərənin Baş naziri Boris Consonun dostu adlanır. RİA Novosti xəbər verir ki, bu dostluq onun İngiltərə parlamentində kresloda yer tutmağına kömək edib.
Kraliça, Yevgeni Aleksandroviç Lebedevi möhürlü fəxri məktubla Baron pilləsinə yüksəltmək istədiyini bildirib.
Bu şərəf Lebedevə İngilis mediası və xeyriyyəçilik sahəsində etdiyi xidmətlərə görə verilib. Media qalmaqallarına və spikerin narazılığına baxmayaraq Kiçik Lebedev Lordlar Palatasının üzvü kimi vəzifəsinə başlayacaq.
Mərasim zamanı onu iki zamin müşayət edəcək. O, Lordlara məxsus “xalat” geyinəcək və özünü digər yaşıdlarına tanıdacaq və monarxa sədaqət andından sonra parlamentdə oturmaq hüququna sahib olacaq.
Mütəxəssislər belə hesab edir ki, o, "Sibir baronu" adlandırıla bilməz. Çünki, kiçik Lebedov Moskvada anadan olub. Buna görə də, Mixail Diunovun fikrincə, Sibirdən bəhs edilən söz ya səhvdir, ya da İngilis yumorudur: "İngilislər bunu sevir", - deyə o, əlavə edib.
Lakin, media qalmaqallarına və Conson ilə dostluğuna baxmayaraq, kiçik Lebedev bir baron oldu.
Bizim.Media