Bakıda bəzi yollarda SIXLIQ VAR 

Bakıda bəzi yollarda SIXLIQ VAR 

Hazırda oxunan: Bakıda bəzi yollarda SIXLIQ VAR 

38277

Bakı Nəqliyyat Agentliyi səhər saatlarında sıxlıq olan yolların siyahısını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib. 

Hazırda paytaxtın Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq var. 

Həmçinin Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində, Babək prospekti – Yusif Səfərov küçəsi istiqamətində, Mikayıl Hüseynov prospekti – Azneft dairəsi istiqamətində, Heydər Əliyev prospekti – orta və kənar yol Atletlər kəndinin qarşısı mərkəz istiqamətində və Koroğlu Rəhimov küçəsi – Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO