Rusiyada radarlardan itən “An-26” təyyarəsinin qalıqları tapıldı

Rusiyada radarlardan itən “An-26” təyyarəsinin qalıqları tapıldı

Hazırda oxunan: Rusiyada radarlardan itən “An-26” təyyarəsinin qalıqları tapıldı

38269

Rusiyanın Xabarovsk diyarında dünən radarlardan itən “An-26” markalı təyyarəsinin qalıqları tapılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

"Ehtimala görə “Spartak” dağ-xizək bazası ərazisində təyyarənin qırıntıları aşkarlanıb. Havadakı buludluluq dağılır. Görünüş yaxşılaşır. Mi-8 eniş etməyi planlaşdırır", - mənbə agentliyə bildirib.

Dünən axşam axtarış işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılmışdı.

Səhər Xabarovsk diyarına – təyyarənin qalıqlarının olduğu ehtimal edilən əraziyə Fövqəladə Hallar Nazirliyinin M-8 helikopteri göndərilib. Əraziyə həmçinin Rusiya aviasiyasının təyyarəsi cəlb edilib.

Axtarış işlərinə ümumilikdə 70 xilasedici və 20 texnika cəlb olunub.

Təyyarənin göyərtəsində 6 nəfər olub. Onların aqibəti barədə məlumat verilmir. 

İlkin məlumata görə, qəzaya əlverişisiz hava şəraiti səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO