GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasının protokolu qəbul edildi

GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasının protokolu qəbul edildi

Hazırda oxunan: GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasının protokolu qəbul edildi

38238

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 37-ci iclasında iştirak edib.

Bizim.Media xəbər verir ki, Gürcüstanın sədrliyi ilə keçirilən iclasda GUAM üzv dövlətlərinin xarici işlər nazirləri sədrlik dövründə təsdiqlənən əsas prioritetlər, həmçinin siyasi əlaqələr, GUAM tərəfdaşları ilə əlaqələrin intensivləşdirilməsi, GUAM Parlament Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparıblar.
 

MÖVZU İLƏ BAĞLI:

GUAM XİN başçılarının görüşü keçiriləcək


İclasda çıxış edən nazir Ceyhun Bayramov GUAM-ın regional bir təşkilat olaraq dayanıqlı sülhün və inkişafın təmin edilməsi üçün əhəmiyyətli bir platforma olduğunu, əməkdaşlığımızın beynəlxalq hüququn hamılıqla tanınmış qaydalarına və prinsiplərinə, qarşılıqlı etimada və bir birinin maraqlarına hörmətə əsaslandığını qeyd edib.

Ceyhun Bayramov beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana revanşist yanaşmalardan əl çəkmək üçün təzyiq göstərilməsinin vacib olduğunu söyləyib və bölgədəki bütün ölkələr və onların xalqları üçün firavan bir gələcək qurmaq məqsədilə Ermənistanın üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsinin mühüm olduğunu vurğulayıb.

İclasın yekununda GUAM XİNŞ 37-ci iclasının protokolu qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO