Vasif Talıbov Argentina səfiri ilə görüşdü

Vasif Talıbov Argentina səfiri ilə görüşdü

Hazırda oxunan: Vasif Talıbov Argentina səfiri ilə görüşdü

38215

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Argentinanın səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Ali Məclisin Sədri ölkələrimiz arasındakı əlaqələrdən bəhs edib, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının blokada şəraitində yaşadığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Argentinalı səfir Qubaya getdi


Muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq və enerji təhlükəsizliyi sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Argentina arasında əlaqələrin, xüsusilə də universitetlərarası əməkdaşlığın inkişafı üçün potensialın olduğunu vurğulayıb.

Serxio Osvaldo Perez Qunella Muxtar respublikaya səfərinin əhəmiyyətini vurğulayıb.

Diplomat əcnəbilər üçün Naxçıvanın olduqca cəlbedici olduğunu və muxtar respublikanın inkişafının bir çox sahədə əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO