İsraildən sərt AÇIQLAMA: “İran prezidenti yalan danışır”

İsraildən sərt AÇIQLAMA: “İran prezidenti yalan danışır”

Hazırda oxunan: İsraildən sərt AÇIQLAMA: “İran prezidenti yalan danışır”

38148

İran Prezidenti İbrahim Rəisinin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının (UNGA) 76-cı sessiyasındakı çıxışı yalan və kinayə ilə doludur. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik İran liderini dünya liderlərini qəsdən aldatmaqda, terrorizmi maliyyələşdirməkdə və bölgədəki vəziyyəti sabitləşdirməkdə günahlandırıb. 

"Beynəlxalq ictimaiyyət İran rejimini qınamalı və nüvə silahının bu ekstremistlərin əlinə keçmə ehtimalının qarşısını almalıdır", - bəyanatda deyilir.

İsrail Xarici İşlər Nazirliyi Tehranın siyasi kursunun Yaxın Şərqi və qlobal sülhü birbaşa təhdid etdiyini vurğulayıb.

Diplomatların fikrincə, Rəisi, yeni İran Nazirlər Kabineti ilə birgə rejimin ekstremist simasıdır və bu səbəbdən ölkə vətəndaşları 40 ildən artıqdır ki, əziyyət çəkirlər.
 

Xatırladaq ki, İran prezidenti sentyabrın 21-də BMT Baş Assambleyasında çıxışı zamanı nüvə anlaşması ilə bağlı danışıqların Tehrana qarşı sanksiyaların ləğv olunmasına səbəb olacağına ümid etdiyini deyib.


O, nüvə silahının ölkənin müdafiə doktrinasında yeri olmadığına zəmanət verib. Daha sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib ki, Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) tam qayıdışla bağlı danışıqlar prosesi bir neçə həftə ərzində Vyanada yenidən başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO