Ölkəmiz “Teknofest”də 11 startapla təmsil olunur - FOTO

Ölkəmiz “Teknofest”də 11 startapla təmsil olunur - FOTO

Hazırda oxunan: Ölkəmiz “Teknofest”də 11 startapla təmsil olunur - FOTO

38055

Bu gün İstanbulun Atatürk Beynəlxalq Hava Limanında “Teknofest” – Aerokosmik və Texnologiya Festivalının açılışı olub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, ölkəmizin müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, nümayəndələri və ali təhsil müəssisələrinin tələbələri də iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda TEKNOFEST təşkil olunacaq – Bayraktardan AÇIQLAMA - VİDEO


“Teknofest” tədbiri Türkiyə Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Teknofest” tədbirində milli pavilyonumuzda 11 Azərbaycan startapı nümayiş etdirilir.

“Zəfər yolu” kosmik stansiya modeli, “Idrak Technology Transfer”in layihələri, “Zərbə”, “İqlime”, “Safee Bike”, “Viastellar”, “HealWith”, “SmogFree”, “Battle of Bots”, “Smart Parking IoT” və “GSM Smart Electric – AMR ST 13” startap məhsulları bu sırada yer alır.
 

Startaplarımız kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edir.


Qeyd edək ki, “Teknofest” – Aerokosmik və Texnologiya Festivalı sentyabrın 26-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO