Qafqaz şahinini tutan şəxslər SAXLANILDI 

Qafqaz şahinini tutan şəxslər SAXLANILDI 

Hazırda oxunan: Qafqaz şahinini tutan şəxslər SAXLANILDI 

38044

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz rayonu ərazisində ov edən iki şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib. Onun sözlərinə görə, brakonyerlərə məxsus 90-OS-913 dövlət nömrə nişanlı VAZ 21014 markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə qaragöz və adı "Qırmızı kitab"a düşən Qafqaz şahini aşkar edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Masallıda qanunsuz ov edənlər məsuliyyətə cəlb edildi


“Araşdırma zamanı qanun pozucularının Bakı şəhəri sakinləri Orxan Qurbanov və Ayxan Həsənov olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov bildirib ki, baytar nəzarətindən sonra quşlar təbiətə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO