İşğaldan azad edilən ərazilərə səfər edən gürcü bloger: “Təəssüratlarım çox dəhşətlidir”

İşğaldan azad edilən ərazilərə səfər edən gürcü bloger: “Təəssüratlarım çox dəhşətlidir”

Hazırda oxunan: İşğaldan azad edilən ərazilərə səfər edən gürcü bloger: “Təəssüratlarım çox dəhşətlidir”

0:00
0:00
38036

“Baş verənləri, real vəziyyəti görmək üçün buraya gəlmişəm, hazırda Cəbrayıldayıq. Böyük ərazisi, əhalisi çox olan rayon olub”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad edilən ərazilərdə səfərdə olan gürcüstanlı bloger Melisa Geladze deyib. O, Cəbrayılda çoxlu uçurulmuş evlər gördüyünü bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Gürcü jurnalist və blogerlər işğaldan azad olunmuş ərazilərə getdi - FOTO


“Mən bilmirəm, bunu necə adlandırmaq olar. Qazılmış, dağıdılmış məzarları gördüm. Bilmirəm bunu hansı xalq edər? Qəbirdə olanların günahı nədir ki, sümüklərini çıxarırsınız?

Təəssüratlarım çox dəhşətlidir. Amma Allaha şükür ki, Azərbaycan öz torpaqlarını qaytardı. İnanıram ki, Azərbaycan bu əraziləri yenidən quracaq. Ümid edirəm ki, göz yaşları ilə burdan qovulan qaçqınlar tezliklə yenidən öz yurdlarına yerləşdiriləcək”.

M.Geladze qonşu Azərbaycana sülh və çiçəklənmə arzulayıb.

Bizim.Media
​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO