Prezidentdən

Prezidentdən "Dövlət qulluğu haqqında” qanunla bağlı FƏRMAN 

Hazırda oxunan: Prezidentdən "Dövlət qulluğu haqqında” qanunla bağlı FƏRMAN 

37831

Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında” qanunla bağlı fərman imzalayıb. 

Bizim.Media xəbər verir ki, yeni fərmanla bir sıra qanunlara aşağıdakı dəyişikliklər edilib. 

"Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının 3.5-ci bəndində "Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti” sözləri "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti” sözləri ilə əvəzlənib. 
 

Prezidentin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda ismin müvafiq hallarında "Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti” sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti” sözləri ilə əvəz edilib. 


Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın 2-ci hissəsində (hər iki halda) "Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində” sözləri "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində” sözləri ilə dəyişdirilib. 

"Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Prezidentin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanının 2.2-ci bəndində "Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti” sözləri "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti” sözləri ilə əvəz edilib. 

Prezidentin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ASAN Viza” sistemi haqqında Əsasnamə”də "Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti” sözləri "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti” sözləri ilə dəyişdirilib. 

"Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 671-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1478 nömrəli Fərmanının 3-cü hissəsində "Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti” sözləri "Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti” sözləri ilə əvəzlənib 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO