İranın Tehran şəhərində sui-qəsd nəticəsində öldürülən Möhsün Fəxrizadə xüsusi təşkilatçılıq və idarəetmə bacarıqlarına sahib bir insan olub.
Bizim.Media bildirir ki, M.Fəxrizadə ölkənin müdafiə sənayesi üçün mühüm fiqurlardan biri kimi tanınıb.
Ordu komandanı Məhəmməd Baqeri Fəxrizadənin ölümünü İranın müdafiə sahəsi üçün böyük itki olduğunu etiraf edib.
Xatırladaq ki, İran 10 il ərzində beş ən yaxşı nüvə alimini itirib.
İranın bu hadisədə birbaşa İsraili günahlandırmasına baxmayaraq, rəsmi Tel-əviv sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürməyib. Lakin “New York Times” qəzeti Fəxrizadəni öldürən şəxslərin məhz İsrail casusları olduqlarını iddia edib.
Xatırladaq ki, Fəxrizadənin adı, İsrailin Baş naziri Benyamin Netanyahunun 2018 –ci ildə İranın nüvə proqramı ilə bağlı təqdimatında da gündəmə gəlmişdi.
ABŞ prezidenti Donald Tramp da iranlı nüvə fiziki Mövsüm Fəxrizadənin ölümünə münasibət bildirib. O, bu barədə rəsmi tvitter səhifəsində paylaşım edərək, alimin ölümünü psixoloji və kadr baxımından İran üçün böyük zərbə olduğunu yazıb.
Qeyd edək ki, Fəxrizadənin ölümü ilə bağlı İran prezidenti Həsən Ruhani bu gün mediaya açıqlamasında İranın nüvə proqramının bundan sonra davam etdirəcəyini bildirib.
''Həm sionistlər, həm də İrana zidd olan digər qüvvələr bilməlidir ki, ölkənin nüvə sahəsindəki tədqiqat və inkişafı sürətlə davam etdiriləcək və Fəxrizadənin əldən getməsi ilə onun yeri boş qalmayacaq. Çoxlu Fəxrizadələr meydana çıxaraq onun yolunu davam etdirəcəklər”,- deyə, İran prezidenti Həsən Ruhani bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
21:17 / 28.11.2020
M.Fəxrizadə 10 il ərzində İranın itirdiyi 5-ci nüvə alimidir
Hazırda oxunan: M.Fəxrizadə 10 il ərzində İranın itirdiyi 5-ci nüvə alimidir
Hazırda oxunan: M.Fəxrizadə 10 il ərzində İranın itirdiyi 5-ci nüvə alimidir
3778
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.