Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Bizim.Media-nın xəbərinə görə, nazir K.Heydərov səfir C.Bağçını salamlayaraq ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edib.
Nazir K.Heydərov qardaş ölkədəki güclü meşə yanğınlarının söndürülməsi üçün zəruri köməkliyin göstərilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə verdiyi tapşırığın uğurla yerinə yetirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Bizim.Media