Bakıda dəhşət: Kürəkən qayınata və qayınanasını YANDIRDI  

Bakıda dəhşət: Kürəkən qayınata və qayınanasını YANDIRDI  

Hazırda oxunan: Bakıda dəhşət: Kürəkən qayınata və qayınanasını YANDIRDI  

37735

Bakıda kürəkən qayınata və qayınanasını yandırıb. 

Nəsimi rayon prokurorluğundan Bizim.Media-ya bildirilib ki, sentyabrın 19-u saat 04 radələrində Nəsimi rayonu ərazisində, yaşadıqları mənzildə Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Rövşən Tağıyev qeyd edilən tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. 

Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO