Rusiyadakı seçkilərinin gedişini Milli Məclisin deputatları da müşahidə edib

Rusiyadakı seçkilərinin gedişini Milli Məclisin deputatları da müşahidə edib

Hazırda oxunan: Rusiyadakı seçkilərinin gedişini Milli Məclisin deputatları da müşahidə edib

37704

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti sentyabrın 17-19-da Rusiya Dövlət Dumasına seçkilərdə müşahidəçi missiyası ilə iştirak edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan müşahidəçi missiyasının tərkibində Moskvada səfərdə olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov AZƏRTAC –a müsahibəsində bildirib ki, Rusiya Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda rusiyalılar səs verir – VİDEO


“Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçiriblər.

Nümayəndə heyətimizin Rusiya Dövlət Duması və Federasiya Şurasının rəhbərliyi ilə görüşləri olub. Missiyamıza Moskva vilayətində videogörüntü rejimində müşahidə etmək imkanı yaradılmışdı”, deyə N.Səfərov qeyd edib.

Deputat xatırladıb ki, Rusiya qanunvericiliyinin tələblərinə uyğun olaraq, seçkilərin gedişi ilə bağlı rəy yalnız səsvermə bitəndən sonra təqdim edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO