“Ermənistan böhran içərisindədir, əhalinin 70%-i reallıqla barışıb” - Vardanyan

“Ermənistan böhran içərisindədir, əhalinin 70%-i reallıqla barışıb” - Vardanyan

Hazırda oxunan: “Ermənistan böhran içərisindədir, əhalinin 70%-i reallıqla barışıb” - Vardanyan

37680

Ermənistan dərin böhran yaşayır, əhalinin təxminən 70% -i bu reallıqla barışıb.

Bizim.Media xəbər verir ki, bunu "2020-ci ildən 2041-ci ilə qədər Ermənistan" adlı tədbirdə araşdırmanın nəticələrini təqdim edən sosial sahibkar və xeyriyyəçi Ruben Vardanyan deyib.

Vardanyan hesab edir ki, mövcud vəziyyətdən çıxmaq üçün ciddi dəyişikliklər tətbiq etməliyik, əks halda sonumuz gəlib çatacaq. 

O, 15 bənddən ibarət proqramı təqdim edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ erməniləri İrəvanda etiraza qalxdılar – FOTO


Vardanyan, "Xəyallarla və arzularla yaşamağı dayandırmalıyıq, amma realist danışmalıyıq. İkinci vacib məqam mümkün qədər çox insanı cəlb etməliyik" deyib.

O qeyd edib ki, indi dəyişiklik üçün unikal bir fürsət var:

“Son 20 ildə ölkə orta bir inkişaf  dövrünü yaşayıb, inqilabdan sonra eyforiya vəziyyəti yaranıb, insanların ümidləri var idi, amma indi müharibədən sonra ölkə dərin bir böhran içindədir.

Nəticədə, əhalinin 60% -i baş verənlərə biganə yanaşır, vəziyyətin bütün ciddiliyini görmür, 30% -i ümidini itirdiyi üçün hər şeydən imtina edib getmək istəyir. Ancaq indi hər şeyi dəyişmək şansımız var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO