Azərbaycan tərəfinə keçən 2 erməninin son telefon danışığı: “Vay, bizi dayandırdılar”

Azərbaycan tərəfinə keçən 2 erməninin son telefon danışığı: “Vay, bizi dayandırdılar”

Hazırda oxunan: Azərbaycan tərəfinə keçən 2 erməninin son telefon danışığı: “Vay, bizi dayandırdılar”

37654

Xəbər verdiyimiz kimi, Zəngəzurda Qırxbulaq (Kotayk) rayonunun Kasax kəndinin 2 sakini Gorus-Şahverdilər yolu ilə gedərkən azaraq Azərbaycanın nəzarətində olan əraziyə keçib.

Bizim.Media xəbər verir ki, “Qraparak” qəzeti mövzu ilə bağlı Kasax kəndinin rəhbəri Ara Mkrtçyanla söhbət edib və onların Azərbaycanın nəzarətində olan əraziyə necə keçdiyini öyrənib.

O, hər iki gəncin hərbi xidmətdən bu yaxınlarda buraxıldığını söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: 2 erməni Zəngəzurda Azərbaycan tərəfinə keçdi


Zəngəzura niyə döndüklərinə gəldikdə isə icma rəhbəri onlara hərbçi yoldaşlarının yanına getməyi təklif edib. 

Axşam saatlarında valideynlər oğullarının Azərbaycanın nəzarətində olan ərazidə olduqlarını anlayıblar, çünki gənclərin valideynləri ilə telefon danışığı məhz o anda sona çatıb. "Vay, bizi dayandırdılar" deyə əlaqə kəsilib. "Qraparak" yazır ki, hələlik onlardan heç bir xəbər yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO