Yeni binalar üçün niyə qazanxanalar tikilmir? - VİDEO

Yeni binalar üçün niyə qazanxanalar tikilmir? - VİDEO

Hazırda oxunan: Yeni binalar üçün niyə qazanxanalar tikilmir? - VİDEO

37632

Bakıda yeni tikilən binaların əksəriyyəti mərkəzi istilik sisteminə qoşulmur. Ona görə də yeni tikililərin sakinləri evi kombi və digər avadanlıqlarla isitmək məcburiyyətində qalır.

Bu isə həmin sakinlər üçün əlavə xərc deməkdir. Çünki qazanxanası olan binada yaşayanlar digər sakinlərlə müqayisədə təxminən 2 dəfə daha az pul ödəyirlər.

Bizim.Media xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramin Qasımzadə bildirib ki, qazanxanalar üçün tariflərin endirilməsi həvəsləndirici amillərdən biri olsa da, ən kiçik qazanxananın tikilməsi üçün təqribən 2 milyon manat lazımdır.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni binaların qaraj PROBLEMİ – Əslində necə olmalıdır? 


Buna görə də MTK-lar qazanxana tikməyə istəkli deyillər.

Hesablamalara görə, yeni tikililərin təqribən 80 faizi qazanxana sistemindən istifadə etmir.

Ramin Qasımzadə bu faizin digər yollarla azaldıla bilinəcəyini deyib.

Qeyd edək ki, bu il iyulun 1-dən yaşayış binalarının qazanxanaları üçün də təbii qazın tarifi  20 qəpikdən 13 qəpiyə endirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO