Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirildi - FOTO

Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirildi - FOTO

Hazırda oxunan: Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirildi - FOTO

37585

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə müəssisəsi “Daşkəsən Dəmir Filiz” (DDF) MMC-nin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə Daşkəsən rayonunda yerləşən Güney-Zağalı su anbarının ətrafında ekoloji aksiya keçirilib. 

Bizim.Media xəbər verir ki, Güney-Zağalı su anbarı Daşkəsən şəhərindən 8 kilometr cənubda, Xoşbulaq və Zağalı kəndlərinin arasında - Qoşqarçay dərəsində yerləşir.

Qoşqarçay və Hamamçayın suyu ilə qidalanan su anbarı 1959-cu ildə layihələndirilib, 1969-cu ildə inşası başa çatdırılmışdır.

Su anbarı Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının Saflaşdırıcı Fabrikində nəm üsulla konsentrat istehsalı üzrə texniki suya tələbatın ödənilməsi məqsədi ilə inşa edilib. Qeyd edilən dövrdə illik 1 milyon ton konsentrantın istehsalı üçün su anbarından 3 milyon kub metr həcmində su təchiz edilirdi. Gələcəkdə nəzərdə tutulan illik 1.2 milyon ton konsentratın istehsalı üçün su anbarından təchiz ediləcək sərfiyyat 3.6 milyon kub metr təşkil edəcək.

Qeyd edək ki, 18 sentyabr Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr edilmiş aksiya çərçivəsində su hövzəsinin ətrafı müxtəlif məişət tullantılarından təmizlənib, tullantılar çeşidlənərək təkrar emala yönəldilib.

Həmçinin balıq növlərinin təbii populyasiyasının artırılması məqsədilə su hövzəsinə yerli şəraitə uyğun olaraq qızılxallı forel körpələri buraxılıb.

Balıqların suya buraxılması mərasimində Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, DDF MMC-nin Baş direktoru Oqtay Məmmədov iştirak edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO