Mədəniyyət xadimləri Xan qızı bulağını ziyarət etdilər

Mədəniyyət xadimləri Xan qızı bulağını ziyarət etdilər

Hazırda oxunan: Mədəniyyət xadimləri Xan qızı bulağını ziyarət etdilər

0:00
0:00
37536

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir. 

Bizim.Media xəbər verir ki, bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Xan qızı bulağını ziyarət edib. 

İştirakçılara Şuşa işğaldan azad olunandan qısa müddət sonra “Xan qızı” bulağının istifadəyə verilməsindən danışılıb.
 

Qeyd edilib ki, şəhərin məşhur məkanlarından biri olan bulağın suyu Ermənistanın işğalı altında olduğu müddətdə qurusa da yenidən sakinlər və şəhərin qonaqlarının istifadəsindədir. 


Qeyd edək ki, bu tədbir işğaldan azad olunan Şuşa şəhərində keçirilən sayca ikinci festivaldır. Şuşa daha əvvəl “Xarı Bülbül” festivalına ev sahibliyi etmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO