Almaniya ordusuna ilk modernləşdirilmiş “Leopard 2A7V” tankları verildi - FOTO

Almaniya ordusuna ilk modernləşdirilmiş “Leopard 2A7V” tankları verildi - FOTO

Hazırda oxunan: Almaniya ordusuna ilk modernləşdirilmiş “Leopard 2A7V” tankları verildi - FOTO

37486

Almaniya ordusuna ilk təkmilləşdirilmiş “Leopard 2A7V” tanklarını təhvil verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ilk 30 tank təhvil verilib.

Almaniyanın “Rheinmetall” şirkəti 104 ədəd “Leopard 2” tankının “Leopard 2A7V” konfiqurasiyasına qədər modernləşdirilməsi üçün 2017-ci ildə müqavilə imzalayıb. 68 ədəd “Leopard 2A4”, 16 ədəd “Leopard 2A6” və 20 ədəd “Leopard 2A7” tankı modernləşdiriləcək. Hamısı 2023-cü ilə qədər təhvil verilməlidir.

Digər 101 tankın (51 Leopard 2A6 və 50 Leopard 2A6M2) modernləşdirilməsi üçün ikinci müqavilə 2019-cu ildə imzalanıb. Təkmilləşdirilmiş tanklar 2026-cı ilə qədər qoşunlara təhvil verilməlidir.

Modernləşmənin bir hissəsi olaraq, tanklara yeni gövdələr və şassilər quraşdırılır, yalnız qüllə köhnə tanklardan alınır.

Leopard 2A7V təyinatında “V” hərfi “Verbessert” deməkdir, yəni modernləşdirilmişdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO