Çörəyin qiyməti ucuzlaşacaq - QƏRAR

Çörəyin qiyməti ucuzlaşacaq - QƏRAR

Hazırda oxunan: Çörəyin qiyməti ucuzlaşacaq - QƏRAR

0:00
0:00
37374

Un istehsalçılarının xərcini azaltmaq üçün dövlət subsidiya verəcək. Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” bu il 16 fevral tarixli 37 nömrəli qərarında dəyişiklik edib.  Məqsəd dünya bazarında buğdanın qiymətinin artımlarının ölkə daxilində çörək və eləcə də un məmulatlarına təsirləri minimumlaşdırmaq məqsədi daşıyır.

Sənədə əsasən, bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat müəyyənləşib.

Un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bu qiymətin 25 faizi, yəni 130 manat müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, deputat-iqtisadçı Vüqar Bayramov “Facebook” hesabında məlum qərarı şərh edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda “Aİ-95” və “Aİ-98” benzinin qiyməti BAHALAŞDI - YENİLƏNİB


Deputat qeyd edib ki, subsiyadaların hesablanması üçün orta aylıq idxal dəyəri hesablanacaq ki, bu dəyərə istehsalçının marjası, yəni 130 manat əlavə olunacaq və alınan rəqəm 520 manatdan çıxılacaq.  

Alınan fərq subsidiya formasında un istehsalçılarına ödəniləcək:

“Orta aylıq idxal dəyərindən asılı olaraq subsidiya məbləği müəyyənləşəcək.  Qiymət artımlarının qarşısını almaq üçün müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq. Bu qərarda məqsəd un istehsalaçılarına subsidiya verməklə çörəyin qiymətindəki artımların qarşısını almaqdır. Belə ki, subsidiya un istehsal xərclərinin bir hissəsinin dövlət mənbələri hesabına kompensasiya edilməsinə imkan verəcək və bu da unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO