Tədqiqatçılar bu qənaətə gəlib ki, bəşəriyyəti daha kimsə dərk etmirsə, bəşəriyyət mövcud deyil. Kvant mexanikasının nəzəriyyələrindən biri bu fikirə əsas verir. Yəni, aşkarlanan kimi hissəciyin vəziyyəti dəyişir.
Bizim.Media xəbər verir ki, bunu sübut etmək üçün Avstraliyanın milli universitetinin fizikləri eksperiment reallaşdırıblar. Həmin tədqiat isə ardınca “Nature Physics” jurnalında dərc olunub.
Kvant mexanikasına görə xarici dünya ilə bizim subyektiv şüurumuz arasında sərhəd yoxdur. Məsələn, alimlər foton və atomlara baxdıqda onların qavrayışı sırf sınaqdan asılıdır.
Con Uillerin sınağında hərəkət edən obyektə hissəcik və dalğa olmaq seçimi verilib. Amma obyekt hansı anda seçim edir? Axı kvant mexanikası obyektin davranışlarını qabaqcadan təxmin edə bilir. Professor Endryu Traskott bildirib ki, kvant səviyyəsində reallıq siz ona baxmadığınız halda mövcud deyil.
Əgər düşünürsünüzsə ki, atom müəyyən bir yolla gedir, onda razılaşmalısınız ki, atomun ölçülməsinə onun tarixi təsir göstərir”.
Onun sözlərinə görə, atomlar “A”dan “B”yə keçməyiblər:
“Yalnız səfərin sonunda sorğu aparanda atomların həm hissəcik, həm də dalğa kimi fəaliyyətinin şahidi olduq”.
Buradan belə anlaşılır ki, fiziklər tədqiqatlarında önəmli nəyəsə yaxınlaşıblar. Hazırda alimləri bir sual maraqlandırır:
“Sirli nəzarətçi kimdir ki, onun sayəsində bəşəriyyət mövcuddur?”
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:45 / 17.09.2021
Avstraliyalı alimlər: “Bəşəriyyətin bir nəzarətçisi var” – ŞOK TAPINTI
Hazırda oxunan: Avstraliyalı alimlər: “Bəşəriyyətin bir nəzarətçisi var” – ŞOK TAPINTI
Hazırda oxunan: Avstraliyalı alimlər: “Bəşəriyyətin bir nəzarətçisi var” – ŞOK TAPINTI
37278
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.