Fəzail Ağamalı qızının şantaj olunması ilə bağlı AÇIQLAMA VERDİ 

Fəzail Ağamalı qızının şantaj olunması ilə bağlı AÇIQLAMA VERDİ 

Hazırda oxunan: Fəzail Ağamalı qızının şantaj olunması ilə bağlı AÇIQLAMA VERDİ 

37241

“Mənim qızım böhtanla üz-üzədir. Böhtan isə həmişə olub. Bu gün də var, sabah da olacaq... Allah bütün bəndələrini belə böhtançılardan hifz eləsin”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı qızının bağçasında baş verən olaya münasibət bildirərkən deyib.

O, sözügedən məsələnin gündəmdə saxlanmasına ehtiyac görmədiyini vurğulayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalının qızının bağçasında NƏ BAŞ VERİR? – “Pulumu qaytarın”


“Sadəcə olaraq bu məsələnin gündəmə gəlməsini anlamıram. Heç qalmasına da ehtiyac yoxdur. Qızım hüquq mühafizə orqanlarına müraciət edib və istintaq gedir. Digər tərəfdən onun bağça rəhbəri olması ilə bağlılığım yoxdur.

Təbii ki, o, mənim qızımdır və ən çox sevdiyim övladımdır. “Buta” bağçasında bu günə qədər xoşagəlməz olay olmayıb, olmayacaq.

2011-cil ildən qızım fəaliyyətini humanizm, dövlətə bağlılıq, vətənpərvərlik üzərində qurub. Bundan sonra da bir böhtançıya görə fəaliyyətində hər hansı dəyişiklik etməyəcək ki...”, - deyə depuat əlavə edib. 

Qeyd edək ki, deputat Fəzail Ağamalının qızı Günay Ağamalının rəhbəri olduğu “Buta” bağçasında 7 yaşlı uşağın döyülməsi iddia olunur. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO