“Qarabağ” Konfrans Liqasında ilk qrup matçına çıxır

“Qarabağ” Konfrans Liqasında ilk qrup matçına çıxır

Hazırda oxunan: “Qarabağ” Konfrans Liqasında ilk qrup matçına çıxır

37169

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. 

Bizim.Media-nın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı ilk sınağında İsveçrə "Bazel"ini qəbul edəcək.  

Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. 

Ağdam təmsilçisinin heyətində zədəli müdafiəçilər Bədavi Hüseynov, Elçin Cəfərquliyev və zədəsini yeni sağaldan Rahil Məmmədov oynamayacaq. 

Bu qrupun digər görüşündə "Kayrat" Qazaxıstanda Kipr "Omoniya"sı ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO