Azərbaycanda evsizlik problemi aktual olaraq qalır. Əgər əvvəllər gənc ailələr daha çox mənzil almaqda çətinlik çəkirdilərsə, indi bu probem orta nəsli də əhatə edir.
Ölkəmizdə dövlət tərəfindən vətəndaşların mənzilə sahiblənməsi üçün bir sıra lahiyələr həyata keçirilir. Məlumdur ki, bəzi layihələr İpoteka və Kredit Zəmanət Fondunun vasitəsi hesabına reallaşır.
Bəs, Fondun layihələrindən kimlər yararlana bilir?
Bizim.Media xatırladır ki, Fonddan vətəndaşlara ipoteka kreditləri təklif olunur.
MÖVZU İLƏ BAĞLI:
Azad edilmiş torpaqlarda indiyədək hansı işlər görülüb? - Hesabat verildi
Bu kreditlər iki formada - güzəştli və güzəştsiz formada verilir. İndiyədək ölkəmizdə 35 555 ipoteka krediti verilib. Verilmiş kreditlər üzrə məbləğ 1 milyard 909 milyon 332 min manata bərabər olub.
Güzəştli ipotekadan yararlanmaq hüquqi olan şəxslər.
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları);
Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları);
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).
Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs.
Evsizlər İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına kirayə mənzil mexanizmindən də yararlana bilirlər. İndiyədək 998 yaşayış sahəsi kirayəçilərin istifadəsinə verilib.
Mexanizmdən yararlanmaq istəyən şəxslərə aşağdakı şərtlər irəli sürülür:
Azərbaycan Respublikasının vətəndaşı olmalı,
Məhkumluğu olmamalı,
Müraciət anına vaxtı keçmiş öhdəlikləri olmamalı,
Müraciət anına yaşı 60-dan yuxarı olmamalı,
Müraciət anına Fondla aktiv kirayə münasibətləri olmamalı,
Rəsmi gəlirlərə malik olmalı.
Xatirə Nəsirli, Bizim.Media