Erməni tarixçidən ETİRAF: “Pulu, vəzifəsi, paqonu olan erməni ölkəsi ilə maraqlanmır”

Erməni tarixçidən ETİRAF: “Pulu, vəzifəsi, paqonu olan erməni ölkəsi ilə maraqlanmır”

Hazırda oxunan: Erməni tarixçidən ETİRAF: “Pulu, vəzifəsi, paqonu olan erməni ölkəsi ilə maraqlanmır”

37072

Erməni tarixçi Vahe Lorents öz sosial şəbəkə hesabında Ermənistanın tarixi şəxsiyyətləri ilə bağlı qalmaqallı paylaşım edib. Tarixçi erməni xalqının Sovet İttifaqına beş marşal verdiyini, lakin bu şəxslərin tarixin heç bir dövründə Ermənistan və erməni xalqının xeyrinə nəsə etmədiklərini bildirir.

“Əgər onlar bu gün sağ olsalar və hələ də Rus ordusunda xidmət etsələr, bizim üçün yaxşı bir şey edərdilərmi?”, deyə Vahe Lorents sual ünvanlayır.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Qarabağa axını ÇOXALACAQ - “Vəziyyət xeyrimizə o qədər dəyişib ki...”


Tarixçinin sözlərinə görə, bu şəxslərin heç biri keçmişdə olduğu kimi yenə də Ermənistanla maraqlanmayacaqdı.

Hətta o, bu məsələdə əminliyini sübut etmək üçün and içə biləcəyini belə əlavə edir. Onun sözlərinə görə, bu cür davranış sadəcə bir erməninin milli ənənəsidir. Kimin pulu və vəzifəsi varsa, bir paqonu varsa, o, sadəcə Ermənistanla maraqlanmır, sanki erməni xalqı belə insnalar üçün mövcud deyil.

Tarixçinin fikrincə, ermənilərdən fərqli olaraq gürcülər və türklər isə öz vətənlərini çiçəkləndirmək, vətənlərinə xidmət etmək üçün hər şeyi edirlər. Lakin ermənilər belə deyil. Təkcə marşallar yox, tarix boyu nüfuza və hakimiyyətə malik bütün ermənilər bu cür davranıb. “Yenə də erməni xarakteri”, deyə o, qeyd edir.

Müəllif Sovet İmperiyası dövründə bir çox ərazilərdə sərhəd dəyişikliklərinin olduğuna diqqət çəkir. Müxtəlif vaxtlarda Rusiyada, Moldovada, Ukraynda, Orta Asiyada etnik zəmində ərazilərin dəyişdirilməsi prosesi həyata keçirildi. Lakin Ermənistan bundan heç nə qazanmadı.

Baxmayaraq ki, həmin dövrlərdə ən yüksək vəzifəlrədə Mikoyan və Baqramyan kimi ermənilər təmsil olunurdu. Vahe Lorents hətta Ermənistan daxilində Azərbaycanın anklav ərazilərinin belə ermənilərin rəhbərliyi dövründə, ermənilərin sayəsində yaradıldığı iddia edir. 


Tarixçi öz fikirlərini erməni xalqına müraciətlə bitirir:

“Nə deyə bilərəm, bədbəxtliklərimizə görə başqalarını günahlandırmağa və öz mənliyinizi müqəddəsləşdirərək dünyanın ən yaxşısı olduğumuzu qışqırmağa davam edin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO