Azərbaycan və Türkiyə təyyarələri düşmən qırıcılarının hücumunu dəf etdi - VİDEO 

Azərbaycan və Türkiyə təyyarələri düşmən qırıcılarının hücumunu dəf etdi - VİDEO 

Hazırda oxunan: Azərbaycan və Türkiyə təyyarələri düşmən qırıcılarının hücumunu dəf etdi - VİDEO 

37041

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Təlimin planına əsasən şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və təyin olunan yerüstü hədəflərinə zərbələr endirmək tapşırıqları üzrə əməliyyat uçuşları yerinə yetirilib. 

Qarşıya qoyulan döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub. 
Təlimlər davam edir. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO