Ağdam yolu minalardan təmizlənir - FOTO

Ağdam yolu minalardan təmizlənir - FOTO

Hazırda oxunan: Ağdam yolu minalardan təmizlənir - FOTO

3701

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam şəhərinə gedən avtomobil yolunun ətrafında minatəmizləmə əməliyyatını həyata keçirir. 

Bizim.Media xəbər verir ki, bu barədə ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov məlumat verib.

O, bildirib ki, artıq işğaldan azad edilən ərazilərdə 7 kilometr uzunluğunda avtomobil yolu və onun kənarları tam təmizlənib. Mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda həmin yolun kənarında kommunikasiya xətlərinin çəkilməsi üçün təmizləmə işləri həyata keçirilir.

Ərazidə həm əllə, həm də mexaniki təmizləmə maşınları vasitəsilə təmizləmə əməliyyatı aparılır. Növbəti gün əraziyə minaaxtaran itlər də cəlb olunacaq. 

Əməliyyat-axtarış tədbirləri qısa zamanda yekunlaşacaq. Daha sonra Ağdam şəhəri ərazisində təmizləmə əməliyyatı davam etdiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO