Ronaldo topla xəsarət yetirdiyi qadının könlünü belə aldı – FOTO

Ronaldo topla xəsarət yetirdiyi qadının könlünü belə aldı – FOTO

Hazırda oxunan: Ronaldo topla xəsarət yetirdiyi qadının könlünü belə aldı – FOTO

37000

"Mançester Yunayted"in (İngiltərə) hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində İsveçrənin "Yanq Boyz" klubu ilə oyundan əvvəl məşq edərkən topla stadionda işləyən qadına xəsarət yetirib. 

Bizim.Media “Observador”a istinadən xəbər verir ki, ulduz futbolçu matçdan sonra hasarı aşıb və tibbi yardımın göstərildiyi zərərçəkmişə yaxınlaşaraq üzr istəyib. 

Ronaldo qadın stüarta öz futbolkasını hədiyyə edib. 

Qeyd edək ki, Kriştiano Ronaldonun hesabı açdığı oyunda "Mançester Yunayted" "Yanq Boyz"a 1:2 hesabı ilə uduzub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO