Ronaldo Çempionlar Liqasında rekordu təkrarladı

Ronaldo Çempionlar Liqasında rekordu təkrarladı

Hazırda oxunan: Ronaldo Çempionlar Liqasında rekordu təkrarladı

36976

İngitərənin "Mançester Yunayted" komandasının portuqal hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında matçların sayı üzrə rekordu təkrarlayıb.

Bizim.Media xəbər verir ki, 36 yaşlı hücumçu İsveçrənin "Yanq Boyz" komandasına qarşı qrup mərhələsinin birinci turunun səfər matçında meydançaya start heyətdə çıxıb. 

Bu, onun Çempionlar Liqasında 177-ci oyunu olub. Ronaldo qarşılaşmanın 13-cü dəqiqəsində hesabı açaraq turnirdə 135-ci qolunu vurub. O, bu göstərici üzrə rekorda imza atıb.

Ronaldo Avropanın futbol üzrə əsas yarışında keçirdiyi matçların sayına görə İspaniyanın "Real Madrid" komandasının keçmiş qapıçısı İker Kasilyasla bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO