Erməni hərbçi təlimdə öldü

Erməni hərbçi təlimdə öldü

Hazırda oxunan: Erməni hərbçi təlimdə öldü

36853

Ermənistanda döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi, çavuş, 1978-ci ildə anadan olan Mkrtiç Ovakimyan ölüb. 

Bizim.Media Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Ermənistanın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində baş verib. 

Faktla bağlı araşdırma aparılır. 
 

Xatırladaq ki, ehtiyatda olan hərbçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədilə avqustun 25-dən etibarən Ermənistanda üç aylıq hərbi təlim keçirilir.


Ehtiyatda olan hərbçilər sentyabrın 10-dan təlimləri döyüş mövqelərində davam etdiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO