Səlim Müslümovun həbs müddəti UZADILDI 

Səlim Müslümovun həbs müddəti UZADILDI 

Hazırda oxunan: Səlim Müslümovun həbs müddəti UZADILDI 

36852

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə həbs qətimkan tədbirinin müddəti uzadılıb. 

Bizim.Media xəbər verir ki, Səbail Rayon Məhkəməsi həbs müddətinin daha 3 ay artırılmasına qərar verib. 

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi vaxt pul vəsaitlərini mənimsəməkdə ittiham olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

DTX Səlim Müslümovun həbsi ilə bağlı açıqlama yaydı - SƏBƏBLƏR


Onun ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. 

Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO