Aspirinin öldürdüyü Brüs Li - VİDEO

Aspirinin öldürdüyü Brüs Li - VİDEO

Hazırda oxunan: Aspirinin öldürdüyü Brüs Li - VİDEO

3682

Məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin banisi 27 noyabr 1940-cı ildə Kaliforniyada doğulub. Əsl adı Jun Fan Lidir. Valideynləri Çin operasında aktyor olublar.

Küçə davalarından birində döyüləndən sonra Kunq-fu ilə ciddi maraqlanmağa başlayan Brüs Li böyük ustad İp Manla tanış olub və onun məktəbində təlim keçib.

Onun zərbəsinin sürəti 0,05 saniyə, əl zərbəsinin ağırlığı 1,7 ton, ayaq zərbəsinin ağırlığı isə 4 tona yaxın idi.
Li "Çaça" rəqsi üzrə keçirilən yarışlarda dəfələrlə birinci olub. Honkonqun “Ça-Ça-Ça” kralı adlandırılıb.

Cəmi 100 dollar  pulla yenidən qayıtdığı ABŞ-da ilk günlərdə ofisiantlıq edib, restoranın çardağında yaşayıb. 22 yaşında "Chinese Kung Fu" kitabını dərc etdirib və əldə etdiyi gəlirlə öz məktəbini açıb.

Aktyor karyerası hələ 8 yaşında başlasa da, rejissorlar ona öz məktəbini yaradandan sonra ciddi maraq göstəriblər. Li filmlərində dünyaya Kunq-fu fəlsəfəsini çatdırmağa çalışdığını deyirdi.

O, öz məktəbində bütün millətdən olan insanlara da dərs deyirdi. Digər Çin döyüş məktəblərində bu qadağan idi. Bua görə Brüs Li təhdid edilirdi. Hətta müəllimi İp Man da ona qarşı çıxıb.

1973 - cü ildə O, Betti adlı aktrisanın evində baş ağrısından şikayət etdiyi üçün aspirin həbini qəbul edir. Bundan sonra isə o yuxuya gedir və bir daha ayılmır. Deyilənə görə Brüs Li “Aspirin” in yaratdığı allergiya nəticəsində dünyasını dəyişib.
 

Aliyə İlyas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO