Ağstafada QƏTL hadisəsinin təfərrüatı – ÖZƏL - VİDEO

Ağstafada QƏTL hadisəsinin təfərrüatı – ÖZƏL - VİDEO

Hazırda oxunan: Ağstafada QƏTL hadisəsinin təfərrüatı – ÖZƏL - VİDEO

36712

Xəbər verdiyimiz kimi, Ağstafada dostlar arasında düşən mübahisə ölümlə nəticələnib.

Əvvəldən olan ədavətlərinə sonuncu dəfə içki məclisində aydınlıq gətirməyək istəyən həmkəndlilər aralarındakı söhbətə bıçaqla son qoyublar.

Nəticədə tərəflərdən biri həyatın itirib biri isə ölümcül bıçaq xəsarətləri alıb.

Bizim.Media-nın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Ağstafa rayonunun Köçəsgər kəndində kafelərin birində qeydə alınıb.  

Kafe sahibi Rəşid Ələkbərov danışır ki, kənd sakinləri 50 yaşlı Müşfiq Zeynalov həmkəndilsi Sabir Məmmədovla içki məclisində mübahisə ediblər. Mübahisə daha da genişlənəndə söhbətə bıçaqlar qoşulub. Bıçaq zərbələrindən biri Yaşarın ürək nahiyəsindən dəyib.
 

MÖVZU İLƏ BAĞLI:

2 qardaş bıçaqlanıb, biri ölüb - TƏFƏRRÜAT


O aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Müşfiq isə kürək nahiyəsindən aldığı bıçaq zərbələri ilə xəstəxanaya yerləşdirilib. 35 yaşlı Sabir Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda Ağstafa rayon prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şahidin bütün dediklərini və hadisə baş verən məkanı videodan izləyə bilərsiniz:

Cümşüd Məmmədov, Bizim.Media – Qərb bölgəsi
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO