Şuşaya kimlər gedə bilər? – Azər Qəribdən CAVAB

Şuşaya kimlər gedə bilər? – Azər Qəribdən CAVAB

Hazırda oxunan: Şuşaya kimlər gedə bilər? – Azər Qəribdən CAVAB

36700

Məşhur jurnalist Azər Qərib Şuşaya səfərlə bağlı maraqlı fikirlər paylaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist özünün “Facebook” hesabından status bölüşüb.

Belə ki, Azər Qərib statusunda Şuşaya səfərlə bağlı əhali arasında yayılan söz-söhbətlərə aydınlıq gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bir qrup tanınmış sima ŞUŞAYA səfər etdi - FOTO


Statusun tam mətnini sizə təqdim edirik:

“Şuşa ilə bağlı bəzi hallarda yalnış məlumatlar verilir, hərdən isə açıq-aşkar spekulyasiyalara yol verilir. Odur ki, bildiklərimi bölüşüm.

1. "Şuşaya seçmələr gedir, biz gedə bilmirik”. 

Belə şərhlər həqiqəti əks etdirmir. Hər şənbə və hər bazar günü Şuşaya səfərlər təşkil edilir, təxminən 100 nəfər şənbə günü və bir o qədər də bazar günü. 
 

Kimlər gedir? Müxtəlif təşkilatların, qurumların, idarələrin, təbəqələrin, partiyaların, birliklərin nümayəndələri. Yəni, "yalnız tanınmışlar gedir" deyənlər yalan deyirlər. 


Məsələn, mən orada olanda 10 avtobusla Şuşalılar gəldi, əsasən ağsaqqallar və ağbirçəklər, bir görərdiniz onların göz yaşlarını.

2. "Şuşaya getmək üçün pul istəyirlər”. 

Bu da yalandır. Bütün xərcləri dövlət öz üzərinə götürüb, avtobuslar verilir, bir dəfə ora gedəndə, bir dəfə də geri dönəndə isə hamıya yemək verir yolüstü restoranların birində. 

Heç kim heç bir ödəniş etmir, bu, mümkün də deyil, kimə verəcəksən pulu? 
 

Hər bir gedən haqda məlumat əvvəlcədən xüsusi portala yüklənir və yolda hər postda hərbçilər və polis vəsiqələrə baxıb portalda icazənin olub-olmamasını yoxlayır. 


Sistem lokdaun vaxtı necə işləyirdisə, belə işləyir, yadınızdadırsa.

3. "Şuşada rus əsgələri var, onlar İsa Bulağına getməyə içazə vermirlər”. 

Bu da yalandır. Şuşada bir nəfər də olsun rus əsgəri yoxdur. 

İsa Bulağı isə bildiyniz kim Şuşadan aralıdır və ora getmək üçün gərək Şuşadan çıxıb Laçın koridoru dediyimiz yolu aşasan. 
 

Ona görə Şuşadan çıxıb İsa Bulağına gedəndə onların postundan keçirsən, yolun bir tərəfində bizimkilər durub, o tərəfində şimal qonşumuzun əsgərləri. 


Amma heç bir yoxlanış yoxdur, sadəcə salamlaşıb keçirsən. İsa Bulağında isə yalnız bizim Ordumuz durub, əvvəl gördüyünüz kimi çaya da qonaq etdilər bizi əsgələrimiz.

4. "Şəhidlər həyatlarını qurban verdi, bunlar gedib orada kef çəkirlər”. 

Bu isə çox həssas mövzu ətrafında sadəcə spekulyasiyadır. 

Şəhidlər həyatlarını ona görə qurban verdilər ki, Şuşa yenidən dirçəlsin, Azərbaycanın mədəni paytaxtına yenidən musiqi qayıtsın, sevinc qayıtsın, dinamik həyat qayıtsın, orada tədbirlər keçirilsin, uşaqların gülüşü səslənsin, yeni salınan məktəblər şagirdlərlə dolsun, bunun üçün Ordumuz azad etdi Şuşanı. 
 

Heç kim və heç vaxt şəhidləri və qazıləri unutmayacaq, onların sayəsində Şuşa evinə qayıdıb, amma onlar heç vaxt istəməzdilər ki, Şuşa matəm şəhəri olsun. 


Ona görə, şəxsən mən bu mövzuda spekulasiyaları çox yersiz hesab edirəm”.

Bundan əlavə Azər Qərib Şuşa səfərində çəkdiyi foto və videoları izləyiciləri ilə paylaşmağa davam edəcəyini bildirib.

Murad Əhmədov, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO