“Ermənistan hakimiyyəti hazırda bütün səyləri ilə Qarabağın status məsələsini ortaya qoyub, çalışır ki, sülh danışıqlarını uzatsın. Paşinyan bu vasitə ilə ermənilərin gözündə ölmüş reytinqinin qaldırmağı planlaşdırır. Ona görə də o, bu işi ATƏT-in Minsk qrupunu danışıqlara cəlb edilməsi ilə dolaşdırır.
Onun Qərbdən göstərişlər aldığını da istisan etmirəm, baş nazirin öz xalqından və Rusiyadan gizlətdiyi bəzi məqamlar da olmamış deyil”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib. O, bildirib ki, burada əsas məqsəd ermənilərin şərtlərini diktə etmək istəyidir.
MÖVZU İLƏ BAĞLI:
Fərhad Məmmədov: “Paşinyan Qarabağda ermənilərin varlığının davamını istəyirsə...”
“Ancaq bunun üçün ATƏT-in Minsk qrupunun gündəliyi Azərbaycan və Ermənistan tərəfindən qəbul edilməlidir ki, danışıqlar bərpa olunsun.
Görünən odur ki, Azərbaycan bu gündəliyi qəbul etmir. Belə bir şəraitdə nəinki danışıqlarda iştirakı, heç onların regiona səfəri də mümkünsüz olur. Buna görə Paşinyan elə bir situasiyalar yaradır ki, ATƏT-in həmsədr ölkələri işə müdaxilə etsinlər.
Bir sözlə Ermənistan hər vəchlə köhnə formatı geri qaytarmaq istəyir ki, tezliklə status məsələsini ortaya qoysunlar. Azərbaycan üçün isə bu məsələ bitib və o bunu müzakirə etmək fikrində deyil”.
Vüsalə Balayeva, Bizim.Media